Azərbaycan Prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib.
“Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır”, - deyə o bildirib.
Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib.
N.О.