Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Prezidenti: "Qaz təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək"
"Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib:
"Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib
- Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
- Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
- Si Cinpin Prezident İlham Əliyevi təbrik edib
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib