Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə diplomatik missiyasını sona çatdıran Azərbaycanın səfiri Vəhdət Sultanzadə Məmmədağa oğlunu qəbul edib, dövlət informasiya agentliyi məlumat yayıb.
Oxu.Az CA-News-a istinadən xəbər verir ki, prezident Türkmənistan-Azərbaycan dialoqunun yüksək səviyyəsini qeyd edib, Məmmədağa oğluna məhsuldar əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi səylərə görə təşəkkür edib.
Tərəflər həmçinin Türkmənistan və Azərbaycanın ümumdünya siyasi-diplomatik, iqtisadi-ticarət və mədəni-humanitar əlaqələrinin aktivləşdirilməsində hər iki ölkənin və qardaş xalqların maraqlı olduğunu vurğulayıb.