Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Səhiyyə Nazirliyində Tacikistanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO
Azərbaycan Səhiyyə Nazirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.
Bu barədə Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsi məlumat yayıb.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərimizin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. Teymur Musayev bu günlərdə Bakıda keçirilən SPECA Sammiti çərçivəsində Azərbaycan və Tacikistan prezidentləri arasında görüşün keçirildiyini xatırladıb. Nazir belə səfərlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli olacağını bildirib.
Teymur Musayev Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib:
“Ölkələrimizin tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.
Öz növbəsində İlxom Abduraxmon Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib:
“Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Tacikistan və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.
Görüşdə, həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb kadrlarının hazırlanması, tibb universitetləri və milli səhiyyə institutları arasında təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"