Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Ukraynada separatçıların keçirdikləri seçkiləri tanımadı
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ukraynanın şərqində “seçkilərin” keçirilməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, H.Hacıyev APA-nın sualına cavabında Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.
“Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu xüsusda, bu ölkənin ərazisində mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır”, - deyə H. Hacıyev bildirib.
E.Ə.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar