Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
"Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrda Cenevrədə ölkələr arasındakı sülh nizamlanması çərçivəsində görüşəcəklər".
Oxu.Az xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons məlumat verib.
"Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü artıq üçüncü dəfə oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Fitzsimons həmçinin qeyd edib ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycan-Ermənistan şərti sərhədində niyə aktivləşib?
- Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
- Ermənistanın missiya saxtakarlığı: Paşinyanın siyasəti regional sabitliyi təhdid altında saxlayır
- Paşinyan: "İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib"
- İrəvanın mərkəzində azərbaycanlılar "Qarabağ" mahnısını oxudular