Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda inşa ediləcək yeni səfirlik binasının ərazisində
Gürcüstan səfirliyi üçün ayrılmış torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.
Qeyd olunur ki, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq, Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.

Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.
Oxu.Az xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, 3 450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.