Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri COP29 gündəliyini müzakirə ediblər
Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Yalçın Rəfiyevlə Sergey Verşinin noyabrda Bakıda keçiriləcək COP29 öncəsi iqlim gündəliyini müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında bildirilir.
"Həmçinin Nyu-Yorkda keçirilən BMT-nin "Gələcək üçün Zirvə" sammitinin cari məsələləri, eləcə də bu kontekstdə toplantıda təsdiq edilmiş "Gələcək Paktı"nın əsas prinsipləri müzakirə olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun ekoloji və enerji əməkdaşlığının inkişafı qeyd edilib", - Rusiya XİN əlavə edib.
"COP29" teqi üzrə xəbərlər
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"
- Yaşıl dünyaya töhfə verənlər: Günəş paneli almaq istəyənlər nələri bilməlidirlər?
- Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"
- Braziliyanın vitse-prezidenti: "COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı"
- Rəsmi Bakıdan Ararat Mirzoyanın iddialarına CAVAB