Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Serbiya universitetləri arasında memorandum imzalanıb
"2023-cü ilin noyabrından etibarən həm Serbiya, həm də Azərbaycan tərəfindən prosedur yekunlaşıb və iki ölkə vətəndaşları qarşılıqlı vizasız səyahət imkanı əldə ediblər".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu uğurlu başlanğıcın davamı olaraq birbaşa aviareyslərin açılması nəzərdə tutulur ki, bu da turizm imkanlarını genişləndirə bilər:
"Beləliklə bu, iş adamları üçün də əlverişli imkanlar yarada bilər. Biz bu sahədə də uğurlu nəticələrin şahidi olacağıq. Ölkələrimiz arasında humanitar sahədə də münasibətlər mühüm əhəmiyyət kəsb edir. Bu gün ADA Universiteti ilə Serbiya XİN nəzdindəki Diplomatik Akademiya arasında memorandum imzalandı. Bu, iki ölkə arasında təcrübə və tələbə mübadiləsinə imkanlar yaradacaq".
Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov polşalı həmkarı ilə Azərbaycan-Aİ münasibətlərini müzakirə etdi
- Azərbaycan və Litva XİN başçıları təyyarə qəzasını müzakirə ediblər
- Bayramov və Lavrov təyyarə qəzası ilə bağlı hadisələri müzakirə ediblər
- Ceyhun Bayramov Hakan Fidanla regional və beynəlxalq təhlükəsizliyi müzakirə etdi
- Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib