Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Azərbaycan XİN başçısı Türkiyəni təbrik edib - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.
Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr - Cumhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət - iki dövlət”, - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Eyni zamanda, Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki səhifəsində də əlamətdar günlə bağlı paylaşım edilib:
“Qardaşlıq, dostluq və həmrəyliyimizin əsasında duran “Bir millət - iki dövlət” kəlamı ilə bağlı olduğumuz Türkiyə Cümhuriyyətini 100 yaşının tamam olması münasibətilə təbrik edir və bu əlamətdar günün memarı Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsini hörmətlə anırıq”.
Bu gün bölgədə & dünyada xüsusi rola malik qardaş Türkiyə🇹🇷 Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur.#29EkimCumhuriyetBayramı|n mübarək & #TürkiyeYüzyılı çərçivəsində inkişaf & yüksəlişin davamlı olsun, can #Türkiye! #BirMillətİkiDövlət pic.twitter.com/VPJsCFzJPt
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 29, 2023
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- Ceyhun Bayramov britaniyalı həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
- Azərbaycan XİN müsəlman ölkələrinin səfirləri üçün iftar verdi
- Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir