Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan XİN İsrailə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan iki İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik", -məlumatda qeyd olunub.
Qeyd edək ki, Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşı güllələnib.
We extend our deepest condolences to the State of Israel and the families of two Israeli diplomats who were killed as a result of heinous attack in Washington D.C..
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 22, 2025
We strongly condemn this cowardly act of violence, which seeks to sow fear and division. @IsraelMFA