Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan XİN Nikol Paşinyanın bəyanatlarına cavab verdi
"Ermənistan öz konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına cavab olaraq "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır:
"1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş olunan rayonlar məsələsinə gəldikdə (baş nazir Azərbaycanın Ermənistanın Sünik, Vayots-Dzor vilayətlərini tam, Ararat, Armavir, Geqarkunik, Tavuş, Şirak, Lori vilayətlərini isə qismən tərkibinə daxil etdiyini bildirib) tarixi faktları təhrif etməməklə xatırlatmaq lazımdır.
Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) - 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) - 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".
A.Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: "Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır".
Mr. Prime Minister, your allegations about #Azerbaijan’s Constitution containing territorial claims have no groundand are misleading the international community. This allegation is a futile balancing act and an attempt to overlook/ignore the claims towards the territorial… https://t.co/31fvmenWaN
— Aykhan Hajizada (@Aykhanh) November 14, 2024
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
- Rəsmi Bakı ABŞ dövlət katibi Antoni Blinkenin qərəzli bəyanatını rədd edib
- Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir