Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"
"Azərbaycan-Ermənistan postmünaqişə münasibətlərinin formalaşması istiqamətində işlər bu il ərzində də davam etdirilib. Müxtəlif istiqamətlərdə müsbət inkişaflar olub".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir vurğulayıb ki, bunların sırasında xüsusilə aprel ayında ilk dəfə olaraq, iki dövlət arasında sərhədin bəlli bir hissəsinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar:
"Avqust ayında iki ölkə tərəfindən delimitasiya komissiyalarının reqlamentinin təsdiq edilməsini və bu istiqamətdə işlərin davam etməsini qeyd edə bilərik. Eynilə sülh müqaviləsi üzrə çoxsaylı görüşlər həyata keçirilib. Mətn üzrə mübadilələr davam etdirilib. Burada da, baxmayaraq ki, açıq suallarımız hələ də var, bəlli irəliləyişlər əldə edilib".

Aygün Mirakif
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü