Milli Məclisin iclasında “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş müzakirəyə çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, sazişdə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.