Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat verməyəcəklər
Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- ICESCO-nun baş direktoru İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
- Azərbaycanda tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırıldı
- Prezidentdən "ASAN ödəniş"lə bağlı FƏRMAN
- Azərbaycanda icra sənədləri üzrə ödənişləri nağd formada edənlər CƏRİMƏLƏNƏCƏKLƏR
- Tündlüyü beş faizdən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan OLUNDU