"Azərbaycan Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş "Beynəlxalq sülh və etimad forumu"nda çıxışı zamanı bildirib.
"Türkmənistanda BMT-nin himayəsi altında Neytrallıq Universiteti yaradılır. Azərbaycan Respublikası Türkmənistanın onun yaradılması üzrə təşəbbüsünü yüksək qiymətləndirir və universitetin fəaliyyətində fəal şəkildə iştirak etməyə hazır olduğunu ifadə edir", - deyə Əsədov bildirib.
Baş nazir vurğulayıb ki, Azərbaycan BMT-də Türkmənistan tərəfindən irəli sürülən neytrallıqla bağlı qətnamələri ardıcıl olaraq dəstəkləyib və "Beynəlxalq sülh və etimad ili - 2025" qətnaməsinə həmmüəllif kimi qoşulub.
"Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi nəzərdən keçiririk", - deyə hökumət başçısı vurğulayıb.