Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək
Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi Fransanın şəhərlərində səyyar konsulluq xidmətləri göstərəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dekabrın 14-də Fransanın Nant şəhərində, fevralın 8-də Strasburq şəhərində konsulluq xidmətləri təqdim olunacaq.
Bu şəhərlərdə yaşayan azərbaycanlılar səyyar konsulluq xidmətləri zamanı ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq sahəsində məsləhətlər üçün müraciət edə biləcəklər.
"Fransa" teqi üzrə xəbərlər
Ən çox oxunanlar