Gəncədə doğulan, üç yaşında Moskvada ayaqlarını itirən və İstanbulda uğurlu həyatı ilə nümunəyə çevrilən Vəfa Aktuz Türkiyə Böyük Millət Məclisi vəkilliyinə namizəd olub.
Oxu.Az-ın məlumatına görə, o, Türkiyədəki Azərbaycan diasporunun nümayəndəsidir.
Vəfa Aktuz hazırda qardaş ölkədə yaşayan azərbaycanlı qadınlara və müalicə alan Vətən müharibəsi qazilərinə mənəvi-psixoloji dəstək göstərməklə məşğuldur.
