Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi dəyişdi
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Müşahidə Şurasının sədri olub.
Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri Ədalət Əliyev Müşahidə Şurasının üzvləri olub.
Dəyişiklikdən öncə, Müşahidə Şurasının sədri Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov idi.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib
- Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib
- Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərədə açılışda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar
Ən çox oxunanlar