"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov nazirin digər müavini Rəhman Hümmətovla əvəz edilib.