“Bakı Payızı 2023” mahnı müsabiqəsi iştirakçılarının məşqləri davam edir.
Öz təəssüratlarını Baku TV ilə bölüşən iştirakçıların sözlərinə görə, onlar üçün əsas olan Azərbaycanda istedadlı musiqiçilərin olduğunu göstərməkdir.
“Qələbə qazanmağı hər kəs istəyir. Amma bizim üçün ən önəmlisi burada gözəl musiqilərlə çıxış edərək öz bacarıqlarımızı nümayiş etdirməkdir”, - deyə “Əl-ələ” qrupunun rəhbəri Sənan Rafaeloğlu qeyd edib.
Qeyd edək ki, “Bakı Payızı 2023” müsabiqəsi 5 nominasiya üzrə keçiriləcək: estrada vokalçıları, qruplar, müasir xoreoqrafiya, orijinal janr və bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi.
Ətraflı videonu təqdim edirik:
“Bakı Payızı 2023”ün məşqləri davam edir - VİDEO