Ukraynanın icmalar və ərazilər üzrə iş nazirinin müavini Artyom Rıbçenko ilə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev görüşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Pleased to welcome @AzEmbUkraine Deputy Minister for Development of Communities and Territories of Ukraine Artem Rybchenko. Exchanged on Azerbaijan’s humanitarian aid to Ukraine, including planned recovery projects in Irpin as well as perspectives for joint actions in Kyiv region pic.twitter.com/593NmUrLrP
— Seymur Mardaliyev (@SMardaliyev) January 10, 2026
"Görüşdə Azərbaycanın Ukraynaya humanitar yardımı, o cümlədən İrpendə planlaşdırılan yenidənqurma layihələri, eləcə də Kiyev bölgəsində birgə fəaliyyət perspektivləri barədə müzakirələr apardıq", - səfir yazıb.