Bu gün Bakıda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilir.
Oxu.Az xəbər verir ki, sammitdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilib.

Məhərrəm Əliyev