Azərbaycan Prezidenti İlham Əliyev Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncamə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.