Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Baş nazir: "Azərbaycanda gələn il MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirləri keçiriləcək"
"MDB ölkələri arasında sıx qarşılıqlı əlaqə qarşıya qoyulan bütün vəzifələri etimad və qarşılıqlı anlaşma mühitində həll etməyə imkan verir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
O, Rusiya Federasiyasını cari ildə MDB-yə uğurlu sədrliyi münasibətilə təbrik edib və Tacikistana 2025-ci ildə sədr postunda uğurlar arzulayıb.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və ölkəmiz bu tədbirlərin keçirilməsinə fəal hazırlaşır.
Baş nazir əlavə edib ki, "MDB-nin mədəniyyət paytaxtı" fəxri statusu Laçına özünün bütün mədəni zənginliyini və müxtəlifliyini layiqincə təqdim etməyə imkan verəcək:
"Bakı "Birliyin mədəniyyət paytaxtları" dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük önəm verir. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə Birliyin Mədəniyyət Paytaxtı elan edilib. İşğaldan azad edilmiş Laçın bu gün sürətlə bərpa olunur. Möhtəşəm təbiəti və çoxəsrlik tarixi olan şəhərdə həyatın qayıtmasına və iqtisadi çiçəklənməyə yönəlmiş genişmiqyaslı infrastruktur və sosial layihələr çox sürətlə həyata keçirilir".
Siyasətçinin sözlərinə görə, Laçına artıq iki mindən çox keçmiş məcburi köçkün qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
- Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib
- Azərbaycan ilə Gürcüstan arasında hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib
- Əli Əsədov: "BTQ-nin tam işə düşməsi üçün birgə səylər əhəmiyyətlidir"
- Əli Əsədov: "Gürcüstanın iqlim dəyişiklikləri ilə mübarizədəki töhfəsini yüksək qiymətləndiririk"