Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baş nazir: "COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz nümunəsidir"
"Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir".
Oxu.Az Nazirlər Kabinetinə (NK) istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"Əminəm ki, tədbir Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcək. Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir. Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər", - o bildirib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşib
- Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
- Strategiya və dövlət proqramı layihələri üzrə komissiya yaradılıb
- Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
- Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib