Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baş nazirin müavinindən əhaliyə şad xəbər: Maaş və pensiyalar artırılacaq
Dövlət başçısı İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin rifahının yüksəlməsinə səbəb olub.
Bundan başqa, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə sosialyönümlü tədbirlər daha da artırılacaq, əməkhaqqı, pensiya və müavinətlərin məbləği qaldırılacaq:
“Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib.
Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb.
Bundan əlavə, məcburi köçkünlər də dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq”
K. HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"