Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Belarus nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib.
Oxu.Az xəbər verir ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gələn Belarus nümayəndə heyətinin rəhbəri ulu öndərin məzarı önünə əklil qoyub.
O, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini ehtiramla yad edib.
Daha sonra N.Koçanova Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların da xatirəsini yad edib.
Belarus nümayəndə heyəti, həmçinin "Əbədi məşəl" abidəsinin önünə də əklil qoyub.
"Şəhidlər xiyabanı" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
- Şəhid bacısı: "Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- SOCAR "KazMunayQaz", "Tatneft" və "Uzbeknefteqaz"la əməkdaşlığı genişləndirir
- WAKO-nun prezidenti: "Azərbaycanın idman ölkəsi olduğunu bilirik"