Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti üzrə dinləmələr keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Məhkəmənin yaydığı mətbuat açıqlamasında qeyd edilib.
Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq.
Dinləmələr Haaqadakı Sülh sarayında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 3-də təqdim edib.
PRESS RELEASE: the #ICJ will hold public hearings on the request for the indication of provisional measures submitted by Azerbaijan in the case #Azerbaijan v. #Armenia on Tuesday 31 January 2023. Watch live on @UNWebTV https://t.co/X0bqAaC5Q9 pic.twitter.com/OUTCvtRdwo
— CIJ_ICJ (@CIJ_ICJ) January 13, 2023