Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Bild”: Azərbaycan almaniyalı deputatı arzuolunmaz şəxs elan edib
Azərbaycan Xristian-Demokratik İttifaqından Almaniya Bundestaqının üzvü olan Albert Vayleri arzuolunmaz şəxslər siyahısına daxil edib və viza verməkdən imtina edib.
Oxu.Az-ın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, Vayler Bundestaqın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun nümayəndəsidir.
O, 2014 və 2016-cü illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər edib.
“Bild” yazır ki, Almaniya Xarici İşlər Nazirliyi Vaylerin viza məsələsi ilə əlaqədar gün ərzində Azərbaycan səfirliyi ilə təmasda olub. Lakin bu cəhdlər nəticə verməyib.
Qeyd edək ki, bu həftə Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.