Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.
Oxu.Az xəbər verir ki, “Instagram”dakı paylaşımda qeyd olunub:
“İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”
View this post on Instagram
"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
Digər xəbərlər