Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir
Əfqanıstan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Oxu.Az xəbər verir ki, başsağlığının mətni Əfqanıstan Xarici İşlər Nazirliyinin internet saytında dərc edilib.
"Əfqanıstan Xarici İşlər Nazirliyi faciə qurbanlarının ailələrinə və Azərbaycan dövlətinə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalacağına ümid edir", - deyə mətndə qeyd olunur.
Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Qəzada 38 nəfər həlak olub, sağ qalan 29 nəfərdən bəziləri ağır vəziyyətdə xəstəxanada müalicə alır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah, Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah, eyni zamanda, İranın, Pakistanın, Özbəkistanın, Tacikistanın, Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərinin sədrləri, MDB Parlament Assambleyası Şurasının katibliyi, həmçinin bir sıra ölkələrin XİN-ləri, Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq təşkilatların rəsmiləri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Maldiv Prezidenti Məhəmməd Muizzu, Nepal Prezidenti Ramçandra Paudel, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, həmçinin bir sıra ölkələrin XİN-ləri, Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq təşkilatların rəsmiləri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.
O bildirib ki, faciə ilə bağlı A.Quterreşin tezliklə başsağlığı məktubu paylaşılacaq.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Pakistanın baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olub
- Nazir müavini: "Yaralılar arasında vəziyyəti ağır olanlar da var"
- AZAL-dan təyyarənin qara qutusu ilə bağlı açıqlama - Xəbərlərin 20:00 buraxılışı
- Təyyarə qəzasında həlak olan Qoşqarın dostu: "Qayıdanda evlənmək istəyirdi"
- AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb