Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki müsbət töhfələrinə görə Azərbaycana təşəkkürünü bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Bakıdakı səfirliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq COP29-da dünya birliyini iqlim tədbirləri üzrə birləşdirdiyinə görə Azərbaycana təşəkkür edir. Bakıdan Belemə və sonra Londona qədər, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədilə ambisiyaları daha da artırmağa davam edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, bu gün Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına başlanılıb. Ötən il isə COP29 Azərbaycanda təşkil olunmuşdu.
As 🇦🇿 passes the COP presidency baton to 🇧🇷, the 🇬🇧 thanks @COP29_AZ for bringing the global community together this past year to advance climate action.
— UK in Azerbaijan (@ukinazerbaijan) November 10, 2025
From Baku to Belém and beyond, the 🇬🇧 is driving global ambition to keep 1.5°C within reach 🌍#COP30 pic.twitter.com/fXJc6xwIwU