Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyur, qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm”.