Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BQXK-nın Xankəndi ofisi Bərdəyə köçürülüb - YENİLƏNİB
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:
“Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək”.
Qeyd edək ki, bundan əvvəl BQXK-nın ofisi Xankəndidə fəaliyyət göstərirdi.
11:52
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki (BQXK) ofisi bağlanıb.
Bu barədə Ermənistanın İctimai Televiziyasına BQXK-nın İrəvan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
Onun sözlərinə görə, ofis Bərdəyə köçürülüb.
“Bərdədəki ofisə humanitar məsələlərlə, məsələn, Qarabağda yaşayan ermənilərin işləri ilə məşğul olacaq əməkdaşlar qoşulacaqlar”, - deyə Z.Amatuni əlavə edib.