Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu dairə üzrə seçki nəticələrinin ləğvini tələb edən namizədin müraciəti barədə qərar verildi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi üzrə namizəd Elçin Baxışovun müraciəti müzakirəyə çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, MSK üzvü İlham Məmmədov bildirib ki, namizəd şikayətində həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib.
MSK üzvü bildirib ki, iddiada qeyd olunanlar öz təsdiqini tapmayıb.
MSK qərara alıb ki, namizədin şikayəti təmin edilməsin.
Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Afət Həsənovadır.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
Ən çox oxunanlar