Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı cinayətləri ilə bağlı dinləmə keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələr Niderlandın Haaqa şəhərində bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00-da) başlayacaq.