Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq
Bu həftə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədiyi gündən etibarən bir həftə müddətində yeni çağırış parlament ilk iclasına toplanmalıdır.
Bunun üçün ən son gün martın 12-nə düşür.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.
Fevralın 9-da keçirilən seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.
Konstitusiya Məhkəməsi buna görə də 121 nəfərin deputatlığını təsdiq edib.
Ümumilikdə 125 seçki dairəsi üzrə 87 seçki məntəqəsi buraxılıb, 328-nin isə nəticələri ləğv edilib.
Aqşin Kərimov
"Beyləqan" teqi üzrə xəbərlər
- Biləsuvarda həyətdə kişi meyiti tapılıb
- Beyləqanda vəzifəli şəxs zəhərlənərək öldü: Həyat yoldaşının VƏZİYYƏTİ AĞIRDIR
- Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü: Ekspertiza təyin olundu
- Beyləqanda 69 yaşlı kişi həmkəndlisinə silahla xəsarət yetirib
- Beyləqanda prokurorluq əməkdaşı ağır qəzada həlak oldu