Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Bu şəxslərin təhsil haqqı xərclərini dövlət ödəyəcək - SƏRƏNCAM](https://images.oxu.az/2019/05/03/13/23/34/e87cb173-d643-4700-b7d6-433a1c969f5e/21:1200.jpg)
Bu şəxslərin təhsil haqqı xərclərini dövlət ödəyəcək - SƏRƏNCAM
Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub
- Bölgədə yeni coğrafi xəritə cızılır: Orta Dəhlizin iki vacib iştirakçısı əməkaşlığı gücləndirir
- Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
- Elnur Bağırova yüksək VƏZİFƏ VERİLDİ
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib