Bütün bu illər ərzində Ermənistan kiminsə arxasında gizlənməyə çalışıb. Amma Azərbaycan bilavasitə fəaliyyət göstərir və beynəlxalq qarantlar olmadan sülh müqaviləsi imzalamaq niyyətindədir.
Bu barədə Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova CBC telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün digər ölkələrin göstərə biləcəyi əsas yardım ikitərəfli dialoqa qarışmamaqdır.
“Ermənistan sülh müqaviləsinin imzalanmasının məqsədəuyğunluğunu dərk etməlidir. Axı kommunikasiyaların açılması Ermənistan tərəfi üçün iqtisadi cəhətdən sərfəlidir. İndiki mərhələdə sülh müqaviləsinin imzalanması vacibdir və yalnız bundan sonra sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənəd barədə düşünmək lazımdır”, - deyə C.Ələkbərova bildirib.
Daha ətraflı videoda:
Cəmilə Ələkbərova: “Üçüncü ölkələr Azərbaycanla Ermənistan arasında dialoqa qarışmamalıdırlar” - VİDEO