Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ceyhun Bayramov: "Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəli yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.
Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.
Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü