"Azərbaycan-Ukrayna münasibətləri iki dost və strateji tərəfdaş ölkələr arasında olan münasibətlərdir. Bu münasibətlər qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Bizim münasibətlər hər zaman beynəxlaq hüquqa əsaslanır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib: " Azərbaycan əraziləri də işğal altında olanda Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib