Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla görüşüb - YENİLƏNİB + FOTO/VİDEO
Xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.
C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
16:50
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Azərbaycan xarici işlər naziri özünün “X” hesabında yazıb.
“Biz Azərbaycan-Türkiyə müttəfiqliyinin genişlənən gündəliyini müzakirə etdik, 2024-cü il üçün ikitərəfli planları və regional əhəmiyyətli məsələləri nəzərdən keçirdik”, - deyə nazir bildirib.
Was glad to see my colleague and brother @HakanFidan in Brussels on the sidelines of #NES2024.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 21, 2024
We discussed the expanding agenda of #Azerbaijan-#Türkiye alliance, reviewed bilateral plans for 2024, and issues of regional importance. pic.twitter.com/YK2tFrAbAL