27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.