Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşü olacaq?
Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında ayrıca görüş planlaşdırılmır.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək. Səfər çərçivəsində nazir C.Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksəksəviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.