Çin Xalq Respublikasının rəhbəri Si Szinpin Belarus, Azərbaycan, Ermənistan, Kamboca və Nepalın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işində iştirakını alqışlayıb.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.
“Biz həmçinin Belarusun təşkilatda müşahidəçi ölkə və Azərbaycan, Ermənistan, Kamboca, Nepalın dialoq üzrə tərəfdaş qismində iştirakını alqışlayırıq”, - Si Szinpin ŞƏT-in dövlət başçıları şurasının geniş tərkibdə birgə iclasında deyib.