ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək.
Oxu.Az xəbər verir ki, dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq.
Con Kerrinin Ermənistanı ziyarət edəcəyi barəsində isə hələki ABŞ Dövlət Deportamentindən heç bir açıqlama verilməyib. Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz səfəri zamanı Gürcüstana da baş çəkəcək.
Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir.