"Kiril əlifbasından latına keçidə doğru ölkəmizdə işlər gedir".
Oxu.Az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının "Xabar" Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panelin sual-cavab sessiyasıda deyib.
O bildirib ki, əlifbanın dəyişdirilməsi ilə bağlı proses uzanır:
"Lakin məsələnin siyasi, ictimai və s. tərəfləri var. Düzdür, bizim kitablarımız, yazarımız kiril əlifbasındadır. Amma ümid edirəm ki, bir müddət sonra "Siz nə zaman latın əlifbasına keçəcəksiniz?" sualına rahatlıqla cavab verəcəyik".
Aqil Vəlili