Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Deni Sassu-Nqesso: “Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”
“Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.
“Həmçinin, biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, - deyə o əlavə edib.