Milli Məclisin deputatı Rüfət Quliyev MDB Parlament Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-dan 13-dək Sankt-Peterburq şəhərində səfərdə olacaq.
Oxu.Az-ın xəbərinə görə, toplantıda daimi komissiyaya sədr müavini seçilməsi məsələsinə baxılacaq.
Eyni zamanda Avropa Şurası, ATƏT və Qara dəniz İqtisadi Əməkdaşlıq Məclisi parlament assambleyalarının son sessiyasında müzakirə edilən məsələlərlə bağlı məlumat veriləcək.
Qazaxıstanda keçirilən prezident seçkilərində qurumun müşahidəçilərinin hesabatı dinləniləcək.
Deputat R.Quliyev müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Aqşin Kərimov